RU

Sarkozinin “Bir məhkumun gündəliyi” kitabı nəşr olunacaq

Fransanın keçmiş prezidenti Nikola Sarkozi "La Sante" həbsxanasında keçirdiyi 20 günü təsvir edən “Bir məhkumun gündəliyi” adlı xatirə kitabı nəşr olunacaq.

Kulis.az xəbər verir ki, 216 səhifəlik kitab dekabrın 10-da satışda olacaq və Sarkozi həbsxanadakı səs-küy, təcrid və daxili düşüncələrini oxucularla bölüşür.

Qısa həbs müddətinə rəğmən kitabın həcmi Fransada müzakirələrə səbəb olub.

Əsərin siyasi xatirə olmaqla yanaşı, ədəbiyyat dünyasında da maraq doğuracağı gözlənilir.

Qeyd edək ki, Sarkozi hazırda aldığı hökmə qarşı apellyasiya prosesini gözləyir.

Избранный
26
1
kulis.az

2Источники