Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyitərəfindən bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə111 min reabilitasiya vasitəsi verilib.
Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.
Bildirilib ki, onlardan 6,1 mini təkərli oturacaq (o cümlədən170-i mühərrikli təkərli oturacaq), 2,1 mini aşağı və yuxarı ətrafprotezi, 5,4 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 9,1 min cüt protez və yarım cütortopedik ayaqqabı, 347 eşitmə aparatı, 467 korset və s.reabilitasiya vasitələri təqdim olunub.
Cari ilin 10 ayında əlilliyi olan 12 min şəxs reabilitasiyavasitələri ilə təmin edilib.