RU

Xəzər ikiyə bölünəcək? - Professor təhlükədən danışdı

Son illər aktual olan mövzulardan biri də Xəzər dənizinin suyunun azalması ilə bağlıdır.

Bununla bağlı mütəxəssislər müxtəlif fikirlərlə çıxış edirlər. AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Mirnuh İsmayılov Xəzər dənizində çəkilmələrin səbəbini tektonik proseslərlə əlaqələndiri:

“Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağ əmələgəlmə prosesi başa çatmayıb. Yəni dağəmələgəlmə prosesi davam etdiyindən də Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzun müddətlidir”.

AMEA əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizinin ikiyə bölünəcək:

“Yerində iki göl qalacaq. Biri şimal hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu uzun zamandan sonra baş verəcək”.

Xəzər dənizinin ikiyə bölünmə prosesi nə dədərəcə realdır?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, bu çox mürəkkəb məsələdir:

“Əvvəllər, təxminən bir neçə milyon il bundan əvvəl Xəzərdə belə hadisələr olub. Onda Xəzər iki hissədən ibarət olub. Bu proses uzun dövr müddətində baş verə bilər. Ancaq indiki müasir dövrdə olmaq ehtimalı sıfıra bərabərdir.

Xəzər dənizində suyun səviyyəsi periodik olaraq qalxır, enir. Xəzər dənizinin səviyyəsi 1977-ci ildə də azalıb. Sonra 1996-cı ilə qədər 2 metr yarım qalxıb. Həmin ildən bəri də aşağı düşür.

Bu, Xəzərin öz xüsusiyyətidir. Əgər tektonik proseslər baş versə, zəlzələlər olsa, bölünmə hadisəsi baş verə bilər. Ancaq adi halda təbii gedişlə belə proseslərin yaxın 100-200 ildə olma ehtimalı çox azdır”.

Избранный
16
cebheinfo.az

1Источники