RU

ƏƏSM nazirliyinin Aparat rəhbəri Masallıda vətəndaşları qəbul etdi » AzadMedia.az


25 noyabr 2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı rayonundan olan vətəndaşları qəbul etmişdir.
Müraciət edən vətəndaşlar arasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olmuşdur.

F.Musayev müraciət edən vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların müraciətləri cavablandırılıb, Nazirliyin səlahiyyət dairəsinə aid müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Избранный
79
2
azadmedia.az

3Источники