RU

“Meksikadakı yarış gülünc idi”

“Mercedes” pilotu Corc Rassell Meksika Qran-Prisində stevardların qərarlarını yenidən sərt tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə,"Sky Sports" 27 yaşlı sürücünün dediklərini belə çatdırıb.

“Meksikadakı yarış gülünc idi. Üç nəfər döngəni kəsdi, amma heç bir cəza tətbiq olunmadı. Məncə, bu vəziyyətdə ən çox ziyanı Luis Hemilton gördü. Şarl Lekler sadəcə döngəni kəsib öz yerində qaldı. Bu səbəbdən Luis podiuma çıxmalı idi”

Xatırladaq ki, britaniyalı pilot Meksika Qran-Prisinin ilk döngəsində baş verən hadisələrlə bağlı dəfələrlə narazılığını bildirib. Yarışda qələbəni “Mclaren”dən Lando Norris qazanıb, Lekler isə ikinci sırada yer alıb.

Избранный
30
90deqiqe.az

1Источники