RU

Ulduz futbolçunun evi qarət olundu

İtaliyanın “Kremoneze” klubunun hücumçusu Ceymi Vardinin evi qarət olunub.

İdmanxeber.az-ın məlumatına görə, hadisə A Seriyasının 12-ci turunda “Roma” ilə matç (1:3) zamanı baş verib. Vardi və ailəsi evdə olmadığı vaxt naməlum şəxslər pəncərəni sındıraraq içəri daxil olub və qiymətli saatlar, zərgərlik əşyaları və nağd pul oğurlayıblar.

Ziyanın təxminən 100 min avro olduğu bildirilir.

Polisin məlumatına görə, cinayətkarlar əvvəlcədən futbolçunun və ailəsinin hərəkətlərini izləyərək evin boş qalacağı anı müəyyənləşdiriblər.

Избранный
81
2
idmanxeber.az

7Источники