RU

Bu millimiz seçmə mərhələdə ilk oyununu uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Kukus” stadionunda keçirilən görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

Избранный
182
6
sportinfo.az

10Источники