RU

Məni öldürüb səhraya atsaydılar, necə olacaqdı?

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Samirə Əfəndinin erməni iştirakçıya 12 bal verməsi yeni qalmaqal yaradıb

Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi yarışmasının finalında Ermənistan təmsilçisinə 12 bal verməsi və onunla səhnədə qucaqlaşması sosial şəbəkələrdə müzakirələri daha da alovlandırıb.

Bu hadisəyə dair müğənninin "Tarixin bir günü" verilişində prodüser Tarix Əliyevə (Tolik) verdiyi açıqlamalar isə izləyicilər tərəfindən fərqli reaksiyalarla qarşılanıb. Sənətçinin ifadələri bəziləri tərəfindən tənqid olunaraq birmənalı qarşılanmayıb:

"Mən orada gedib düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!".

Məsələ sosial şəbəkələrdə hələ də geniş müzakirə olunur.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
news.milli.az

2Источники