RU

Federerin adı Şöhrət Salonuna salınacaq

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Dünyanın sabiq bir nömrəli raketkası, isveçrəli Rocer Federerin adı gələn ilin avqustunda Beynəlxalq Şöhrət Salonuna salınacaq."Football-plus.az" xəbər verir ki, Federer həmin salonun digər iştirakçıları – Stefan Edberq və Boris Bekker ilə telefon danışığı zamanı bundan xəbər tutub:

“Beynəlxalq Tennis Şöhrəti Salonuna seçilmək və bu oyunun böyük çempionları ilə eyni sıradan dayanmaq mənim üçün böyük şərəfdi. Bütün karyeram boyunca həmişə tennisin tarixini və mənə qədər olanların nümunəsini dəyərləndirmişəm. Bu xəbəri eşitmək çox xoş oldu”.

Federer karyerası boyunca 20-si “Böyük dəbilqə” turniri olmaqla 13 titul qazanıb. Dünya reytinqinin 1-ci pilləsində ardıcıl həftələrin sayına (237 – 2004-ün fevralından 2008-in avqustuna qədər) görə dünya rekordu da ona məxsusdu. Federer 2022-nin sentyabrında karyerasını bitirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
1
icma.az

2Источники