RU

122 illik tarixə malik klub ləğv oluna bilər

BAKI, 26 noyabr. TELEQRAF

Portuqaliyanın 122 illik tarixə malik “Boavişta” klubu ləğv oluna bilər.

Teleqraf yerli mediaya istinadən xəbər verir ki, çoxsaylı borclar səbəbindən klubun ləğvi ilə bağlı Vilanova-di-Qaia şəhər məhkəməsinə rəsmi müraciət daxil olub.

Klub rəhbərliyi bildirib ki, mövcud infrastrukturdan istifadə imkanının itirilməməsi üçün akademiyanın gənc futbolçularını nəzərə alaraq qurumun strukturunu qorumağa çalışacaqlar.

“Boavişta” maliyyə problemləri üzündən Portuqaliya futbolunun ikinci, üçüncü və ya dördüncü liqasında çıxış etmək üçün lisenziya ala bilməyib. Bu səbəbdən komanda regional liqada oynamağa məcbur qalıb. Lakin ardıcıl texniki məğlubiyyətlər səbəbindən klub oktyabr ayında yarışdan geri çəkilib.

Qeyd edək ki, “Boavişta” 2001-ci ildə Portuqaliya çempionu olub, ölkə kubokunu beş dəfə, Superkuboku isə üç dəfə qazanıb.

Избранный
71
teleqraf.com

1Источники