RU

Arif Rəhimzadədən Bakıda SSRİ bayrağının qaldırılmasına münasibət: “Burada nə var ki?”

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bilirsiniz, onlar da bir partiyadır. Azərbaycanda demokratiyadır. Onlar sözlərini belə deyirlərsə, desinlər”.

Bunu “Yeni Sabah”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə Bakıda SSRİ bayrağının qaldırılmasına münasibət bildirərkən deyib.

Onun fikrincə, burda elə bir şey yoxdur. A.Rəhimzadə bildirib ki, ölkədə demokratiya mövcuddur və hər kəs fikirini bildirməkdə azaddır:

“Təəssüf ki, bu məsələ ilə bağlı uzun-uzadı açıqlama vermək imkanım yoxdur, səhhətimlə bağlı çox danışa bilmirəm”, - YAP Veteranlar Şurasının sədri söyləyib.

Qeyd edək ki, Bakıda bir qrup şəxs Oktyabr inqlabının 108-ci ildönümünü qeyd edib. Onlar aksiyada SSRİ və Azərbaycan SSR-nin bayraqlarını qaldırıblar, kommunist ideologiyasının təbliğatını aparıblar. Amma aksiyada Azərbaycan bayrağı olmayıb.

Daxili İşlər Nazirliyinin apardığı operativ tədbirlər nəticəsində təşkilatçılar Abdulla İbrahimli və İbrahim Əsədli də daxil olmaqla bir neçə nəfər saxlanılıb. Onların barəsində cinayət işi başlanaraq istintaq prosesinə cəlb edilib. Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Əsmətxanım Rzazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
10
yenisabah.az

10Источники