RU

İki dünya müharibəsinin şahidi olan tısbağa 141 yaşında ölüb

ABŞ-ın San Dieqo Zooparkında ən yaşlı Qalapaqos tısbağası 141 yaşında ölüb.

AzPost bildirir ki, “Nənə” adı verilən bu tısbağa  1928 və ya 1931-ci illərdə Bronks Zooparkından gətirilib. Uzun ömrü boyu iki dünya müharibəsinin və 20 ABŞ prezidentinin şahidi olub. Tısbağa zoopark ziyarətçiləri arasında populyarlaşaraq “Zooparkın Kraliçası” ləqəbini qazanıb.

Ömrünün sonuna yaxın tısbağa yaşla əlaqəli sümük xəstəliyindən əziyyət çəkirdi. Bu da onu evtanaziya etmək qərarına gətirib çıxarəb. Sosial mediada bir çox ziyarətçi kahı yarpaqlarını və kaktus meyvələrini çox sevən “Nənə” ilə görüşlərinin xatirələrini bölüşüb.

69 yaşlı Kristina Park uşaqlıqda tısbağanın belində gəzməklə bağlı xatirələrini bölüşüb. O, qeyd edib ki, bu təcrübə onu ev heyvanı kimi tısbağa almağa ruhlandırıb.

Qalapaqos tısbağaları vəhşi təbiətdə 100 ildən çox, qapalı yerlərdə isə 200 ilə qədər yaşaya bilər. Qalapaqos adalarının ən qədim tısbağası Harriet Avstraliya Zooparkında 175 il yaşayıb.

AzPost.az

Избранный
86
azpost.info

1Источники