RU

Bakıda 200 minlik xına, yarım milyonluq toy edilir Video

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şair Nazilə Səfərli Azərbaycanda keçirilən xına məclislərinə xərclənən məbləğləri açıqlayıb. 

Axşam.az xəbər verir ki, şair bu haqda "Öz aramızda" proqramında danışıb. O bildirib ki, Bakıda 200 minlik xına məclisləri keçirilir:

"200 minə xına məclisi olur. 5 ulduz oteldə stol menyusu 500 manatdırsa, dekor da baha olur. Beşulduzlu hoteldə Şəki Xan Sarayı dekoru qurulmuşdu. Təkcə dekor 52-53 min idi. Tanınmış müğənniləri çağırırlar. Xonçaya elə yarım milyon ödəyən var. Mən hərdən çəkib paylaşıram, dörd-beş brilliant dəst olur".

Proqramda yer alan müğənni Kərim Abasov isə "Bu yaxınlarda bir toy sifarişi gördüm - Mustafa Sandal, Qazaxıstan, Özbəkistan ifaçıları, Azərbaycan Xalq artistləri var idi. Mustafa 1 saatı üçün 170 min dollar almışdı" sözlərini əlavə edib.  

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
78
11
axsam.az

10Источники