DÇ-2026-nın final mərhələsinin püşkatması öncəsi səbətlərin tərkibi açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatında komandalar 4 səbətə bölünüb. İlk 3 səbətin iştirakçıları artıq bəllidir.
4-cü səbətdə isə İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya və pley-offdan gələcək 6 komanda yer alacaq.
Püşkatma mərasimi dekabrın 5-də Vaşinqtonda keçiriləcək.
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot-d’İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, CAR
4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya + 6 pley-off qalibi
DÇ-2026 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə keçiriləcək.