RU

Roma Papası sabah Türkiyəyə gedir

Katolik dünyasının yeni lideri Papa XIV Leo sabah Türkiyəyə səfər edəcək.

Modern.az xəbər verir ki, Vatikan tərəfindən təsdiqlənmiş proqrama əsasən, Papa üç günlük səfəri çərçivəsində Ankara, İstanbul və İznik şəhərlərində bir sıra görüşlər keçirəcək. Dinlərarası dialoq və regional sülh mesajlarını vurğulayacaq səfər xüsusilə diqqətəlayiqdir, çünki bu, Papanın vəzifəyə başlamasından bəri ilk beynəlxalq səfəri olacaq.

Türkiyəyə üç günlük səfərindən sonra Papa XIV Leo proqramını Livanda davam etdirəcək.
Səfərin ümumi çərçivəsi həm dini, həm də siyasi mesajların çatdırılması ilə intensiv diplomatik axından xəbər verir.

Избранный
7
1
modern.az

2Источники