RU

Ronaldu komanda yoldaşlarına bahalı saat hədiyyə etdi - FOTO

BAKI, 26 noyabr. TELEQRAF

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Millətlər Liqasındakı qələbə münasibətilə komanda yoldaşlarına saat hədiyyə edib.

Teleqraf xəbər verir ki, 40 yaşlı ulduz oyunçu saatları dostu, məşhur zərgər Ceykob Arabodan xüsusi olaraq sifariş verib.

Milli komandanın üzvləri hədiyyələri DÇ-2026-nın seçmə mərhələsində Ermənistanla keçirilən oyundan (9:1) əvvəl alıblar. Bir ədəd saat isə avtoqəzada həlak olan Diogu Jotanın ailəsinə təqdim edilib.

Qeyd edək ki, 2025-ci ilin iyununda Portuqaliya UEFA Millətlər Liqasını iki dəfə qazanmağı bacaran ilk komanda olub.

Избранный
131
2
teleqraf.com

3Источники