RU

Heydər Əliyev prospektində avtomobil yanıb, sıxlıq yaranıb- FOTO - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində avtomobildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

***

16.37

Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.

FHN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, "Ford" markalı maşında baş verən yanğın qısa müddətdə söndürülüb.

Heydər Heydər
Избранный
61
2
apa.az

10Источники