RU

Zamiq Yunisov: “EAPCA ölkəmizin qlobal əməkdaşlıq imkanlarını genişləndirir”

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) Bakıda keçirilən təqdimat tədbiri ölkəmizin beynəlxalq əməkdaşlıq istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir.

QHT.az xəbər verir ki, EAPCA-nın Protokol Rəhbəri Zamiq Yunisov təşkilatın missiyası və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Zamiq Yunisov bildirib ki, EAPCA-nın təqdimatı Azərbaycanın həm siyasi, həm ictimai müstəvidə qlobal fəallığını nümayiş etdirir:

“Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) təqdimatı ölkəmiz üçün əhəmiyyətli bir addımdır. Bu tədbir Azərbaycanın beynəlxalq əməkdaşlıqda fəal mövqeyini, diaspora fəaliyyətinin güclənməsini və yeni tərəfdaşlıq imkanlarının formalaşmasını nümayiş etdirir. Belə bir təşəbbüsün Bakıda keçirilməsi həm siyasi, həm də ictimai müstəvidə önəmli hadisədir. Təqdimat münasibətilə təşkil olunan rəsmi resepsiya əməkdaşlığın genişlənməsinə, yeni layihələrin qurulmasına və əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək.”

 

Pərvanə Fərhadqızı

Избранный
153
qht.az

1Источники