Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % azalaraq 1 milyon 774,9 min nəfər olub.
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 42 %-i Türkiyəyə, 14,6 %-i Rusiya Federasiyasına, 10,8 %-i Gürcüstana, 9,2 %-i İrana, 23,4 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 63,7 %-ini kişilər, 36,3 %-ini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Gürcüstana gedənlərin sayı 22,1 %, İrana gedənlərin sayı 4,3 % artıb, Rusiyaya gedənlərin sayı isə 31,2 %, Türkiyəyə gedənlərin sayı isə 1,8 % azalıb.
10 ayda xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 70,3 %-i hava, 27,8 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.
"Cebheinfo.az"