RU

Gələn il bu avtomobillər bahalaşacaq

Yerli istehsal edilmiş elektrik və hibrid avtomobillərin ƏDV-dən azad edilməsinin 2026-cı ildə də davam etdiriləcək. Həmçinin 2022-ci ilin 1 yanvarından Azərbaycana gətirilən elektrik, hibrid və plug-in hibrid avtomobillər 3 il müddətinə ƏDV-dən və bəzi gömrük rüsumlarından azad olunmuşdu. Lakin bu ilin 31 dekabrında artıq həmin güzəşt müddəti başa çatır. Bəs bu qərar qiymətlərə necə təsir göstərəcək?"Avtohərrac" MMC-nin icraçı direktoru Toğrul Fərzullayevin sözlərinə görə, qərar artıq bazarda hiss olunmağa başlayıb:

“Bu addım nəinki hibrid və elektrik avtomobillərin, ümumiyyətlə, bütün avtomobillərin qiymətinin artmasına səbəb olub. 2026-cı ildə də qiymət yüksəlməsi davam edəcək”. T.Fərzullayev bildirib ki, hazırda Azərbaycanda nə hibrid, nə də elektrik avtomobili istehsalı mövcuddur. O, bu səbəbdən qərarın məntiqi əsasının olmadığını qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
39
metbuat.az

1Источники