Azərbaycanda Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi fəaliyyətə başlayıb. Bu sistemə sahibkarlıq subyektlərinin intearasiyasına başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən “2-ci Beynəlxalq Caspian Innovation Forumun”da İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin (İRİA) Strateji Tərəfdaşlıq Şöbəsinin müdiri Orxan İsmayılov deyib.
O qeyd edib ki, Rəqəmsal Sənəd Dövriyyəsi vasitəsilə dövlət qurumları rəqəmsal şəkildə məlumat mübadiləsini həyata keçirə bilirlər:
“Bu həm daha sürətli, həm də daha təhlükəsizdir. Artıq bütün dövlət qurumları buraya inteqrasiya olunub. Növbəti mərhələdə isə sahibkarlıq subyektlərinin intearasiyasına başlamışıq. Bunlara əsasən bank ekosistemi, telekomlar və s. aiddir”.