RU

Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundular

Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu.Az xəbər verir ki, istintaq orqanının təqdimatı əsasında Nizami Rayon Məhkəməsində bu barədə qərar qəbul edilib.

Qərara əsasən, Abdulla İbrahimli və İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) üzrə ittiham irəli sürülüb.

Избранный
13
16
editor.az

10Источники