RU

Ağ Evə hücum? Vaşinqtonun mərkəzində atışma — Milli Qvardiya hərbçiləri yaralandı- VİDEO

Musavat.com xəbər verir ki, Vaşinqtonun mərkəzində, Ağ Evə çox yaxın ərazidə silahlı insident baş verib.

İlkin məlumatlara görə, bir neçə ABŞ Milli Qvardiyası əməkdaşı yaralanıb. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib.

Məlumata əsasən, yaralananların ən azı ikisi hərbçidir. Onların vəziyyəti barədə rəsmi açıqlama hələlik yoxdur.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin harada olması məlum deyil. ABŞ xüsusi xidmət orqanları ərazini tam nəzarətə götürüb, perimetr boyu gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunub. Bir neçə küçə bağlanıb, polis və federal xidmətlərin helikopterləri bölgədə müşahidə aparır.

ABŞ mediası bu insidenti “son illərdə Ağ Evə ən yaxın silahlı hücum” kimi qiymətləndirir.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

 

Musavat.com

Избранный
28
1
musavat.com

10Источники