RU

Ağ Ev yaxınlığında atışma baş verib, yaralananlar var

Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, iki ABŞ Milli Qvardiya əməkdaşı yaralanıb.

"Unikal" xəbər verir ki. bu barədə ABC News məlumat yayıb.

Polisin açıqlamasına görə, atışma yerli vaxtla saat 14:20-də (Bakı vaxtı ilə 23:20) “Farragut West” metro stansiyası yaxınlığında, 1-ci və 17-ci küçələr arasında baş verib. Hadisə ərazisi dərhal mühasirəyə alınıb və bir şübhəli saxlanılıb.

Xatırladaq ki, may ayında Vaşinqtondakı Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşına atəş açılmışdı. Polis məlumatına görə, hücumu Çikaqoda yaşayan 30 yaşlı şəxs törətmiş və o, hadisə zamanı Fələstini dəstəkləyən şüarlar səsləndirmişdi.

Избранный
71
unikal.az

1Источники