Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “PSJ” “Tottenhem”lə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, “Park de Prens”də baş tutan görüşdə parislilər 5:3 hesabı ilə qələbə qazanıb.
Paris komandasının əsas qəhrəmanı Vitinya olub – yarımmüdafiəçi het-trik edib. Fabian Ruis və Villiam Paço da hərəyə bir qol yazdırıblar. “Tottenhem”də Randal Kolo Muani dubl edib, Riçarliçon isə onun ötürməsindən sonra fərqlənib.
Son dəqiqələrdə hakim Feliks Tsvayer VAR-dan sonra Lukas Ernandesə birbaşa qırmızı vərəqə göstərib.
Qələbə “PSJ”ni 12 xalla cədvəldə 3-cü yerə yüksəldib. London təmsilçisi isə 8 xalla 15-ci pilləyə enib.