Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “Olimpiakos” öz meydanında “Real”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Pireydə keçirilən matçda qollar ard-arda gəlib və qarşılaşma 3:4 hesabı ilə Madrid klubunun qələbəsi ilə yekunlaşıb.
Yunanıstan təmsilçisi erkən qol vurub: 8-ci dəqiqədə Şikinyu fərqlənib. Ardınca “Real”ın ulduz hücumçusu Kilian Mbappe səhnəyə çıxıb — 22–29-cu dəqiqələr arasında üç qol vuraraq het-trik edib.
İkinci hissədə Mehdi Taremi hesabı 2:3 edib. Mbappe isə 60-cı dəqiqədə yenidən fərqlənərək poker tamamlayıb. 81-ci dəqiqədə El-Kaabi “Olimpiakos”un üçüncü qolunu vurub, amma bu, xilas üçün kifayət etməyib.
Matçdan sonra “Olimpiakos” 2 xalla 33-cü yerdə, “Real” isə 12 xalla 5-ci pillədə qərarlaşıb.
Növbəti turda yunanlar 9 dekabrda “Kayrat”la səfər oyununa çıxacaq, Madrid klubu isə 10 dekabrda “Mançester Siti”ni qəbul edəcək.