BAKI, 27 noyabr. TELEQRAF
Vaşinqtonda iki Milli Qvardiya hərbçilərinə qarşı silahlı hücum törətməkdə şübhəli bilinən şəxsin görüntüsü yayılıb.
Teleqraf xəbər verir ki, ABŞ mediası silahlı hücum törətməkdə şübhəli bilinən şəxs təcili yardım avtomobilinə yerləşdirilərkən görüntülənib.
Qeyd edək ki, son məlumatlarda yaralanan hərbçilərin vəziyyətinin ağır olduğu bildirilir.