RU

Ağ Ev yaxınlığındakı atışımanı törədən Əfqanıstan vətəndaşıdır - VİDEO

Musavat.com xəbər verir ki, FBI Ağ Ev yaxınlığında baş verən silahlı hücumu mümkün terror aktı kimi qiymətləndirir – bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, atəş açmaqda şübhəli bilinən şəxs Əfqanıstan vətəndaşı kimi identifikasiya edilib. O, hadisə zamanı tapançadan istifadə etməklə iki Milli Qvardiya əməkdaşını hədəf alıb.

Rəsmilər insidentin motivlərini dəqiqləşdirmək üçün araşdırmanı genişləndiriblər. FBI hazırda şübhəlinin mümkün əlaqələrini, marşrutunu və hücumun əvvəlcədən planlaşdırılıb-planlaşdırılmadığını yoxlayır.

Hadisə ilə bağlı rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir. 

 

Musavat.com

 

Избранный
58
1
musavat.com

10Источники