RU

Cənubi Afrika ABŞ-da keçiriləcək G20 sammitinə dəvət almayacaq - Tramp

Bakı. Trend:

Cənubi Afrika Respublikası 2026-cı ilin dekabr ayında ABŞ-ninFlorida ştatında keçirilməsi planlaşdırılan növbəti G20 sammitinədəvət olunmayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp"X" sosial şəbəkəsində yazıb.

"Son sammitin sonunda Cənubi Afrika hakimiyyəti bağlanışmərasimində sədrliyi ABŞ səfirliyinin yüksək vəzifəli nümayəndəsinətəhvil verməkdən imtina edib. Buna görə də, mənim əmrimlə CənubiAfrika Florida ştatının Mayami şəhərinin ev sahibliyi edəcəyi2026-cı il G20 sammitinə dəvət almayacaq", - deyə o bildirib.

O, ABŞ-ın Cənubi Afrikaya bütün ödənişləri və subsidiyalarıdərhal dayandıracağını vurğulayıb.

Tramp həmçinin Cənubi Afrikanın avropalı köçkünlərin nəsillərinəqarşı insan haqları pozuntuları törətdiyi, "ağdərililərinöldürüldüyü" və fermalarının əlindən alındığı iddialarınıtəkrarlayıb. Cənubi Afrika bu ittihamları rədd edir.

Избранный
59
az.trend.az

1Источники