RU

Bu universitetə yeni prorektor təyin olunub

Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə yeni təyinat həyata keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub.

Bu münasibətlə 2025-ci ilin 26 noyabr tarixində universitet kollektivinə təqdimat mərasimi keçirilib. MDU-nun rektoru Anar Eminovun nazir Emin Əmrullayevin sözügedən əmrini oxuyaraq, yeni təyinatın universitetdə elmi fəaliyyətin gücləndirilməsi, innovativ təşəbbüslərin təşviqi və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi istiqamətində aparılan işlərin sistemləşdirilməsi və inkişafı yönündə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb və N.Namazovanı təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə Natəvan Namazova göstərilən etimada görə elm və təhsil naziri Emin Əmrullayevə  təşəkkürünü bildirib və MDU-da elmi potensialın inkişafına, innovativ layihələrin tətbiqinə, elmi-tədqiqat mühitinin daha da gücləndirilməsinə töhfə vermək üçün səylə çalışacağını vurğulayıb.

Kollektiv üzvləri N.Namazovanı təyinatı münasibətilə təbrik edərək uğurlar arzulayıblar.

N.Namazova İstanbul Universitetində (Türkiyə) və Kaunas Universitetində (Litva) uzunmüddətli elmi-tədqiqatlar aparıb, “Journal of Sustainable Development Issues” jurnalının redaksiya heyətinin üzvüdür. O, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsilini, 2012-ci ildə isə magistratura təhsilini fərqlənmə ilə bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Həmçinin 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.

Избранный
12
1
tehsil.biz

2Источники