Argentina hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossini BMT Baş katibi vəzifəsinə rəsmi olaraq namizəd göstərib.
Paralel.az xəbər verir ki , bu barədə Argentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Argentina Respublikası BAEA-nın hazırkı baş direktoru Rafael Qrossinin 2027-2031-ci illər üçün BMT Baş katibi vəzifəsinə namizədliyini təqdim etmək şərəfinə nail olub", - məlumatda deyilir.
Məlumatda həmçinin deyilir ki, Qrossi münaqişələrdə və ciddi beynəlxalq böhranlarda diplomatik dialoqu təşviq etmək bacarığına malikdir və bu, onu BMT Baş katibi vəzifəsinə uyğun namizəd edir.