BAKI, 27 noyabr. TELEQRAF
İngiltərənin “Arsenal” klubu 20 ildən sonra UEFA Çempionlar Liqasında (ÇL) tarixi uğura imza atıb.
Teleqraf “Opta”ya istinadən xəbər verir ki, ingilislər cari mövsümdə əsas mərhələnin ilk 5 turunda xal itirməyən yeganə komandadır.
Mikel Artetanın komandası son olaraq öz meydanında “Bavariya”nı 3:1 hesabı ilə məğlub edib. Bundan əvvəl isə ardıcıl şəkildə “Atletik”i (2:0), “Olimpiakos”u (2:0), “Atletiko”nu (4:0) və “Slaviya”nı (3:0) üstələyib.
Qeyd edək ki, “Arsenal” 2005/06 mövsümündə turnirin finalına çıxmış, lakin “Barselona”ya uduzmuşdu.