RU

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

11. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Избранный
17
49
operativmm.az

10Источники