RU

“Qərb ölkələri müharibəyə hazırlaşır” - Lukaşenko

“Qərb ölkələri bilərəkdən müharibəyə hazırlaşır”.

Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən sammitində deyib.

O, NATO ölkələrinin 2025-ci ildə müdafiə xərclərinin təqribən 1,6 trilyon dollar olduğunu və Polşanın gələn il müdafiə xərclərini 55 milyard dollar artırmağı planlaşdırdığını bildirib.

“Bütün yuxarıda deyilənlər aqressiv ritorika ilə birlikdə Qərb siyasətçilərinin bilərəkdən müharibəyə hazırlaşdığını göstərir”, - deyə Lukaşenko vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
30
1
missiya.az

2Источники