RU

Nazir Daşkənddə beynəlxalq tədbirdə iştirak etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib.

Avtosfer.az-ın məlumatına görə, nazir çıxışı zamanı qeyd edib ki, iri dəhliz layihələrində əsas maneələr sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlıqlarıdır.

Rəşad Nəbiyev Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası sayəsində etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğulayıb.

O, həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini bildirib.

 

Избранный
25
10
avtosfer.az

10Источники