RU

Bağlanan heyvan bazarları ilə bağlı açıqlama: “Mümkün olmayacaq”

Dabaq xəstəliyinə görə Azərbaycanda bir sıra mal bazarının fəaliyyəti müvəqqəti dayandırılıb. Yoluxma ehtimalını azaltmaq və heyvan sağlamlığını qorumaq məqsədilə tətbiq edilən məhdudiyyətlər fermerlərin satış imkanlarına da təsir edir. Bu şəraitdə əsas sual isə açıq qalır: heyvan bazarları nə vaxt açılacaq?

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq, AQTA-dan bildirilib ki, Azərbaycanın bir sıra heyvan bazarlarında yenidənqurma işləri intensiv şəkildə davam edir.

Qeyd olunub ki, müəyyən olunan tələblərə əməl etməyən heyvan bazarları yenidən açılmayacaq.

AQTA-nın məlumatına görə, ölkə üzrə 14 heyvan bazarı yenidən qurulur: “Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan və Şamaxıda yerləşən heyvan bazarlarında işlər agentliyin kollegiyasının 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun şəkildə mərhələli olaraq aparılır.

Bu bazarlarda dezbaryerlərin quraşdırılması, ərazilərin hasarlanması, heyvanlara baxış platformalarının tikilməsi, çardaq və satış pavilyonlarının yaradılması, asfalt və beton örtüyünün çəkilməsi təmin edilib. Həmçinin heyvanların bazarlara təhlükəsiz girişini asanlaşdıran rampaların qurulması, arakəsmələrin yaradılması və digər texniki uyğunlaşdırma işləri davam etdirilir.

Abşeron, Masallı, Qazax, Xaçmaz və Zaqatala rayonlarında isə rekonstruksiya işlərinə yeni başlanılıb və qısa müddətdə intensiv şəkildə aparılması planlaşdırılır”.

Agentlikdən bildirilib ki, müəyyən heyvan bazarlarında hələ də təmir və yenidənqurma prosesləri başa çatdırılmayıb və ya işlərə start verilməyib.

Избранный
24
2
hurriyyet.az

3Источники