RU

Ərdoğan Roma Papası XIV Leonu qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk xarici ölkə səfərini Türkiyəyə edən Roma Papası XIV Leonu qəbul edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, təkbətək görüşdən sonra Roma Papası rəsmlilər, vətəndaş cəmiyyəti və diplomatik heyət ilə toplantıda iştirak edəcək.
Görüşlər yekunlaşdıqdan sonra Türkiyə Prezident Külliyəsinin Millət Kitabxanasında Papa XIV Leo və Rəcəb Tayyib Ərdoğanın çıxışı gözlənilir.

Axşam saatlarında isə o, İstanbula yola düşəcək. Roma Papası XIV Leonun təyyarəsinin axşam saat 20:00 radələrində Atatürk hava limanına enməsi gözlənilir.


Qeyd edək ki, Papanın İstanbulda ziyarət edəcəyi məkanların yerləşdiyi küçələrdə giriş-çıxış məhdudlaşdırılıb və şəhərin bir neçə əsas küçə və prospektinin bağlanacağı ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Избранный
48
apa.az

1Источники