RU

Vüsalənin verilişinin yarımçıq dayandırılması ilə bağlı Xəzər TV-dən AÇIQLAMA

Xəzər TV "İncə səhər" verilişinin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, açıqlamada verilişinin yayımı zamanı texniki problem yarandığı bildirilib.

Qeyd olunub ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib: "Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb.

Fayl "playout" sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb".

Xəzər TV tərəfindən yaranmış narahatlığı anlayışla qarşıladıqları və efiri diqqətlə izlədikləri üçün izləyicilərə minnətdarlıq edilib.

*** 13:52

Bu gün "Xəzər TV"də yayımlanan "İncə səhər" verilişi yarımçıq kəsilib.

BAKU.WS xəbər verir ki, erfirdə müğənnilər Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov qonaq olublar.

Normal vaxtda hər gün saat 10:00-dan 12:30-dək yayımlanan veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez bitməsi ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.

Избранный
41
30
far.az

10Источники