RU

“Narkotikə meyilli yeniyetmələr diqqətsiz qalıb” EMİL MAQALOV

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda təhsil və sosial inkişaf sahəsində müəyyən problemlər mövcuddur. Ölkədə narkotiklərlə bağlı maarifləndirmədə təlimçi çatışmazlığı müşahidə olunur.

Bu boşluq uşaqların düzgün məlumat almasına mane olur. QHT-lər və məktəb strukturları bu sahədə məhdud fəaliyyət göstərir.

Bəs belə bir vəziyyətdə uşaqların maarifləndirilməsi necə daha effektiv ola bilər?

Gununsesi.info -ya danışan antinarkotik üzrə təlimçi ekspert  Emil Maqalov mövzunu belə şərh edib:

“Bəli bu sahədə ciddi çatışmazlıqlar mövcuddur. Təhsil Nazirliyinin işi ancaq müəllimləri “asıb-kəsmək”dən ibarətdir, meyilli yeniyetmələr isə diqqətsiz qalıb.

Bu gün Azərbaycanda narkotiklərlə bağlı fəaliyyət göstərən iki QHT var idi. Onlardan biri mən idim. Sağ olsunlar, ləğv olundu. Artıq sədrliyimi başqa şəxsə təhvil vermişəm. Digər QHT-də isə bir xanım fəaliyyət göstərirdi, o da təşkilatdan uzaqlaşıb.

Demək olar ki, bu gün Azərbaycanda narkotiklərlə bağlı QHT bazarı boşdur və heç kəs uşaqlara təlim keçmir. Təlimçi yoxdur. Kalifikasiyalı, diplomlu, xaricdə təlim keçmiş, yəni sənədli bir təlimçi yalnız mənəm, başqa heç kim yoxdur.

Hardan gəldi hansısa TikTokerləri tutub gətirirlər tutub, uşaqların qabağına çıxardırlar. Onlar da ağızlarına gələn hər şeyi danışır, uşaq da onlardan götürür. Əlbəttə ki, nəticədə səhvlər olur.

Və yaxud, heç kəslə məsləhətləşmədən bir teatr çəkirlər, teatr da düzgün olmur, orada başqa siqnallar təsadüfi ötürülür. Mən bilirəm ki, bunları qəsdən etmirlər. Belə məsələləri mütləq  mütləq məsləhətləşmək lazımdır”.

Emil Maqalov onu da əlavə edib ki, bu gün uşaqların işi qalıb məktəb psixoloqlarına və məktəb direktor-müavinlərinin ümidinə qalıb:

“Onların vəziyyəti də heç də ürəkaçan deyil. Əksəriyyətinin təlimə ehtiyacı var və onlara stimul vermək lazımdır.

Minimum əmək haqqlarını yüz faiz artırmaq lazımdır. Haradan necə lazım olsa, mən həm də qırmızı diplomla bitirmiş iqtisadçıyam və bununla bağlı danışa bilərəm. Axşamlar çayxanaları, kafeləri gəzib gördüyüm vəziyyəti ümumi başa salmaq istəyirəm. Əvvəlkinə nisbətən vəziyyət yaxşıdır.

Bildiyiniz kimi, bəzi aidiyyatı dövlət qurumlarının reabilitasiyaları və bizim kimi təşkilatların fəaliyyəti sayəsində həm bariqa, həm narkoman sayı azalıb. Amma bu o demək deyil ki, biz əlimizi qoyaq, əlimizin üstündə oturaq və gözləyək ki, nə olacaq. Mütləq şəkildə bunu davam etdirməliyik.

Mən bir daha qeyd edirəm ki, QHT olaraq yox, elə kalifikasiyalı ekspert olaraq bunu təmənnasız etmişəm və edəcəm. Amma unutmayaq ki, tək heç nə etmək olmur. Bu, əsasən cəmiyyətin və Elm və Təhsil Nazirliyinin işidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
icma.az

1Источники