RU

Uyğunluğu qiymətləndirən 145 qurum akkreditasiya edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 2025-ci ilin yanvar-oktyabr ayları ərzində uyğunluğu qiymətləndirən 145 qurum akkreditasiya edilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya biznes subyektlərinə, xüsusilə ixracatçılar və istehsalçılara beynəlxalq bazarlara çıxış imkanı yaradaraq onların rəqabətqabiliyyətliliyini artırır, fəaliyyətlərində səmərəliliyi yüksəldir, daxili bazarda isə keyfiyyətə əsaslanan sağlam mühitin formalaşmasına töhfə verir.

Избранный
14
2
yeniazerbaycan.com

3Источники