RU

Evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayanlar saxlanılıblar

Bakı, 27 noyabr, AZƏRTAC

Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhərinin iki sakini polisə müraciət edərək gecə saatlarında evlərindən qaz sayğaclarının oğurlandığını bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, keçmişdə də məhkum olunmuş 35 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Nəsimi rayonunda isə zərərçəkənlərin evlərinin qarşısından ümumi dəyəri 1440 manat olan skuter və velosiped oğurlamaqda şübhəli bilinən 25 yaşlı M.Cəfərov və 23 yaşlı A.Poladov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Избранный
50
15
azertag.az

10Источники