Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun özünə yeni köməkçi təyin etməsi ilə bağlı yerli mətbuatda xəbərlər yayılıb. İddialara görə, Ceyhun Cəlilov Ali Məclisin deputatı və səlahiyyətli nümayəndənin köməkçisi Ramiz Məmmədovu işdən çıxararaq bu vəzifəyə Səlahəddin Cəlilovu təyin edib.
Bizim.Media xəbər verir ki, “oxu.az”ın əldə etdiyi məlumata görə, köməkçi təyinatı ilə bağlı mətbuatda yayılan xəbər həqiqəti əks etdirmir.
Səlahiyyətli nümayəndəlik strukturunda "köməkçi" ştat vahidi mövcud deyil.
Qeyd edək ki, sabiq səlahiyyətli nümayəndənin köməkçisi qismində adı çəkilən Ramiz Məmmədov isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatıdır və hazırda fəaliyyətini davam etdirir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта