ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
“Liverpul”da baş məşqçi dəyişikliyinin zəruriliyi haqda fikirlər dolaşır. Artıq rəhbərlik bu mövzuda qərarını açıqlayıb."Football-plus.az" xəbər verir ki, klubunun həmsahibləri Arne Slotu istefaya göndərmək niyyətində deyil. Komanda son turda doğma meydanında “Nottingem Forest”ə 0:3 hesabıyla uduzub və turnir cədvəlinin 11-ci pilləsinə geriləyib. Yayda transferlərə 450 milyon funt sterlinq xərclənməsinə baxmayaraq, yeni oyunçuların komandaya uyğunlaşa bilməməsi və Məhəmməd Salahın zəif çıxışı azarkeşlərin təbii narazılığına səbəb olub. Bu fonda komandada gərginlik artsa da, rəhbərlik niderlandlı mütəxəssisə etibar etməyə qərar verib. Yerli mənbələr klubun amerikalı həmsahiblərinin digər namizədlərlə danışıqlar aparmadığını və Slota dəstək verdiyini vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.