RU

Mənzurədən estetik əməliyyatları ilə bağlı AÇIQLAMA

Müğənni Mənzurə Musayeva instaqram hesabında estetik əməliyyatı ilə bağlı  açıqlama yayıb.

Musavat.com xəbər verir ki, müğənni bildirib ki, əməliyyatı həkim Məhəmməd Poluxov edib. Lakin ilkin vaxtlarda nəticə onu qane etməyib:

“Məni həkim Məhəmməd Poluxov əməliyyat etmişdi. Açığı, əməliyyatdan sonra ilkin dönəmlərdə nəticə məni qane etmədiyinə görə və bir az da ətrafdakı insanların fikri mənə mənfi təsir etməyə başlamışdı və məndə fikir yaranmışdı ki, istədiyim nəticə deyil. Amma, səbirsizlik etmiş olsam da, ən son həkimlə görüşdükdən sonra, zamanla əldə olunan nəticəni diqqətlə gözdən keçirdik. Eyni zamanda son günlərdə nəticənin getdikcə yaxşı olduğunu da hiss edirəm. Bu dönəmdə müəyyən narahatlıqlarım olmuşdu, düşünürdüm ki, nəticəm ürəyimcə olmayacaq. Ona görə həmin dövrə efirdə həkimlə və əməliyyat nəticəmlə tələsik fikirlər səsləndirdim. Həkimim tanınmış, peşəkardır həkimdir. Ətrafımda əməliyyat etdiyi və uğurlu nəticələrini gördüyüm kifayət qədər insanlar var. Daha çox səbirsizliyimə və ətrafdakı insanların yönləndirməsinə bağlı yanlış çıxışlarım oldu. Son dövrlərdə nəticənin daha da yaxşı olduğunu görürəm. Hazırda heç bir narazılığım yoxdur”.

Könül
Musavat.com

Избранный
44
musavat.com

1Источники