RU

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq müzakirə edildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan–İtaliya strateji tərəfdaşlığının yüksək səviyyədə inkişaf etdiyi məmnunluqla qeyd olunub və ikitərəfli münasibətlərin genişlənməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.

Nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin ötən il İtaliyaya səfərinin, İtaliya Prezidenti Sercio Mattarellanın cari ilin sentyabr ayında Azərbaycana rəsmi səfərinin iki ölkə arasında siyasi dialoqu daha da gücləndirdiyini xüsusi qeyd ediblər.

Bununla yanaşı, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin COP-29-da iştirakı, liderlər arasında müntəzəm görüşlər məmnunluqla xatırlanıb.

Избранный
37
7
publika.az

10Источники