GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Böyük Britaniya hökuməti “Lukoyl”un xarici aktivlərini müvəqqəti olaraq sanksiya blokundan çıxaran ümumi lisenziya verib.
Globalinfo.az xəbər verir ki, qərar ölkənin Xəzinədarlıq Departamentinin saytında dərc olunub.
Lisenziya 27 noyabr 2025-ci ildən 26 fevral 2026-cı il tarixinədək qüvvədə olacaq. Bu müddət ərzində “Lukoil International” və onun törəmə şirkətləri mövcud və ya yeni bağlanmış müqavilələr əsasında ödənişlər həyata keçirə və ödənişlər qəbul edə biləcək.
Xəzinədarlığın açıqlamasında qeyd olunub ki, bu lisenziya “Lukoil International” ilə biznes əməliyyatlarının davam etməsinə imkan yaradır.
Xatırladaq ki, Rusiya enerji şirkəti 2025-ci ilin oktyabr ayının ikinci yarısında ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya bloklamasına məruz qalmışdı. Məhdudiyyətlərdən sonra şirkətin direktorlar şurası xarici aktivlərin satışı üçün təcili alıcı axtarışına çıxmışdı.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.