BAKI, 28 noyabr. TELEQRAF
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyunda böyükhesablı məğlubiyyətlə üzləşib.
Teleqraf xəbər verir ki, 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində A qrupunda Şimali Makedoniya ilə qarşılaşan millimiz matçı 87:49 hesabı ilə uduzub.
Xatırladaq ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv növbəti görüşünü noyabrın 30-da Bakıda Lüksemburqa qarşı keçirəcək.