RU

Honkonqda yanğın nəticəsində ölənlərin sayı 94 nəfərə çatdı

BAKI, 28 noyabr. TELEQRAF

Çinin Honkonq şəhərində baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 94 nəfərə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Honkonq Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.

Yanğın çərşənbə günü "Wang Fuk Court" adlı, səkkiz hündürmərtəbəli binadan ibarət yaşayış kompleksində başlayıb.

Alov binaların üzərində aparılan kosmetik təmir işləri üçün quraşdırılmış bambuk tikinti quruluşları vasitəsilə sürətlə yayılıb. Kompleksdə təxminən 4 minə yaxın insan yaşayırdı.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Избранный
45
teleqraf.com

1Источники