RU

Moldova MDB ölkələri ilə vizasız rejimi ləğv EDİR

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Moldova parlamenti MDB ölkələri vətəndaşlarının vizasız səfərlərinə dair sazişin denonsasiyasını (bağlanmış beynəlxalq müqavilədən imtina - red.) birinci oxunuşda təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bunu parlamentin spikeri İqor Qrosu bildirib.

Moldova hökuməti noyabrın 12-də MDB çərçivəsində imzalanmış yeddi sazişin, o cümlədən birliyin iştirakçı dövlətlərin vətəndaşlarının vizasız gediş-gəlişinə dair sazişin denonsasiyasını təsdiqləyib.

MDB ölkələri vətəndaşlarının vizasız səfərləri ilə bağlı saziş 9 oktyabr 1992-ci il tarixində Bişkekdə imzalanıb və vətəndaşlara ölkə ərazisində 90 günədək vizasız qalmağa imkan verirdi.

Qanun layihəsinin müəlliflərinin qeyd etdiklərinə görə, hazırda Moldovanın Tacikistan və Qırğızıstan istisna olmaqla bütün MDB ölkələri ilə vizasız rejim haqqında ikitərəfli sazişləri mövcuddur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
4
redaktor.az

7Источники