Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunan Allahşükür Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-nın bölgə müxbirinə bildirilib ki, onun yaşadıǧı ünvandan satış məqsədi ilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram psixotrop maddə metamfetamin aşkarlanıb. A.Məmmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.